Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə ilə münasibətləri pozmaq cəhdi həmişə olub

Türkiyə ilə münasibətləri pozmaq cəhdi həmişə olub


AŞPA - dakı məlum hadisə ilə bağlı biz Türkiyəyə də ölkəmizdən bəzi dil uzadanların şahidi olduq. Türkiyə hər zaman yanımızda olub, bizə dəstək olub. Türkiyə ilə münasibətləri pozmaq cəhdi həmişə olub. Hər zaman o məşhur " Dəmirəl vertolyot vermədi " ifadəsini işlədirlər. 2001 - ci ildə İranın Bakı üzərinə təyyarələrini göndərməsini və Türkiyənin dərhal öz qırıcılarını Bakıda göndərib İran qırıcılarını qovmasını yəgin xatırlayanlar tapılar. Həmən zaman Türkiyə hökumətinin başında solçu Bülent Ecevit dururdu. Sol olsun, sağ olsun, Azərbaycana dəstək Türkiyənin dövlət siyasətidir. İllərdir bu insanlar bu qırıcı məsələsində heçnə demirlər, ancaq israrla vertolyot məsələsini qabardılar.

"Dəmirəl vertolyot vermədi" dedikləri yerdə niyə bir də "Ecevit dərhal qırıcıları göndərdi" demirlər. Türkiyəni bu səsverməyə görə ittiham edənlərin nə istədiklərini mən anlamıram. Bildiyim qədəri ilə AK Partiya və MHP tam dəstəkləyib Azərbaycanı, CHP - nin də səhf etmirəmsə bir hissəsi dəstəkləyib, bir hissəsi zalda olmayıb. Yalnız DEM Partiyasından olan Berdan Öztürk Azərbaycanın əlehinə səs verib. Bu şəxsin isə necə Türkiyə düşməni olduğunu hər kəs bilir. Bu həmən Berdan Öztürkdür ki, "Abdullah Öcalan başda olmaqla Türkiyədə həbsdə yatan kürd siyasətçilərə əziyyət verildiyi üçün Türkiyə dövlətinə sanksiya qoyulsun " deyə AŞPA - da məsələ qaldırmışdı. Adam Türkiyənin düşmənidir. Belə bir şəxsiyyət pozğunluğu olan insanın bizə dəstək verməsini mən şəxsən heç gözləmirdim də. Bu məsələyə münasibət bildirən şəxslərə çox ehtiyyatlı olmağı tövsiyyə edirəm.

Zeynal Əmrəliyev-politoloq
Xəbəri paylaş