Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kapituliyasiyaya məcbur edilmiş bir "ordu"nun yaranma gününü qeyd etmək qəbahətdir

Kapituliyasiyaya məcbur edilmiş bir "ordu"nun yaranma gününü qeyd etmək qəbahətdir


"Bu gün Ermənistanda ordunun yaranmasının 32-ci ildönümü ilə bağlı hay cəmiyyətində, xüsusən şərti olaraq "Qarabağ klanı" adlanan cinayətkar qruplaşmanın və erməni terrorçu-kilsəsinin revanşist bəyanatlarına, müharibə çağırışlarpna şahidlik etdik. Əslində 3 il ərzində 2 kəs, birinci dəfə 44 günə, ikincidə isə cəmi 1 günə kapituliyasiyaya məcbur edilmiş bir "ordu"nun yaranma gününü qeyd etmək özü qəbahətdir".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səsləndirib. Millət vəkili bildirib ki, müharibə vaxtı döyüş qabiliyyətli əhalinin Ermənistanda qalan hissəsinin xaricə üz tutması, müharibəyə yollananların isə döyüş meydanından qaçması fonunda fərarilik edən bir cəmiyyətin revanşist çağırışlar etməsi absurddur:

"Ermənilər, nəhayət, başa düşməlidir ki, qatar gedib. Cənab İlham Əliyev elə bir konfiqurasiyaya nail olub ki, nə Hayastanın, nə onun havadarlarının Azərbaycan qarşısında heç bir şansı yoxdur və olmayacaq da. Yaxşısı, səsini kəsib, sakitcə, dinc şəraitdə yaşamaqdır".

Süleyman
Xəbəri paylaş