Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AŞPA 7 fevral seçkilərini müşahidə edə bilməyəcəyini özünə bağışlaya bilmir

AŞPA 7 fevral seçkilərini müşahidə edə bilməyəcəyini özünə bağışlaya bilmir


"Məlum olduğu kimi Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyəti Azərbaycanda keçirilən 7 fevral Prezident seçkilərini izləməyəcək, ona görə bu seçkinin nəticələri ilə bağlı hansısa rəy bildirməyi, nəticələri tanımamağı bu təşkilatın Parlament Assambleyasının obyektivliyini bir daha şübhə altına almış olacaq".

Bu fikirləri Newscenter.az-a politoloq Vüqar Əhmədov AŞPA-nın 7 fevral seçkilərinin nəticələrini tanımaması mümkünlüyü barədə danışarkən səsləndirib.

Bəs, AŞPA maksimum nə edə bilər?

Politoloq hesab edir ki, təşkilat ATƏT müşahidəçilərinin verdiyi rəyə əsaslana bilər:

"Əslində AŞPA-nın dərdi Azərbaycanla deyil, ATƏT-lədir, özlərinə əl qatıblar ki, Azərbaycan niyə ATƏT-i seçkiyə çağırıb, bizi yox. Bu PanAvropa daxilində təşkilatlar arasında ciddi rəqabətin olduğunu göstərir, bu da rəqabətdən doğan prosesdir. Hər təşkilat özünü hansısa fövqəl qüvvələrə göstərmək üçün yarışa girib, amma görünən odur ki, bu prosesdə AŞPA ATƏT-ə uduzur və ötən həftə Strasburqda yaşananlarda bu məsələnin da çəkisi az deyil".

Politoloq deyib ki, Fransanın dirijor çubuğu ilə Qərbin siyasi mərkəzləri bu dəfə də Azərbaycanda seçki mühitini poza bilmədiyindən çox heyfisləniblər:

"AŞPA isə 7 fevral seçkilərini müşahidə edə bilməyəcəyini özünə bağışlaya bilmir".

Anar Əliyev
Xəbəri paylaş