Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bəzi məmurlar dövlət başçısını zərbə altına qoyur

Bəzi məmurlar dövlət başçısını zərbə altına qoyur


"7 noyabrda keçiriləcək növbədənkənar prezident seçkilərinin nəticələrinin qərb institutları tərəfindən, o cümlədən Avropa Şurası və AŞPA tərəfindən demokratik və beynəlxalq standartlara uyğun keçiriləcək seçki kimi tanıyacağı mümkün görünmür".

Newscenter.az xəbər verir ki, bu fikirləri AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu səsləndirib. O bildirib ki, Qərb institutlarının seçkilərdə müşahidəçi kimi dəvət edilməmələri Bakı ilə münasibətləri gərginləşdirən səbəblərdən biri olaraq götürülür:

"AŞPA-nın seçkilərin tanıyıb tanımaması nəticələrə və legitimliyə təsiri olmasa da, Azərbaycanın beynəlxalq imici baxımından ermənilərə əlavə bəhanə verə bilər. Bu da təbii ki, müvəqqəti olacaq. Bununla belə Azərbaycan hakimiyyəti çalışmalıdır ki, seçkilər normal ortamda davam etsin. Şişirtmələrə və saxtakarlığa yol verməsin. Buna heç lüzum da yoxdur. Təəssüflər olsun ki, bəzi məmurlar və yetkililər özlərini və yerlərini əziz etmək üçün Azərbaycan dövlətini və dövlət başçısını zərbə altına qoyur. Belə hallara qətiyyən yol vermək olmaz".

Süleyman
Xəbəri paylaş