Ermənistanın paytaxtı İrəvanda dünya ermənilərinin sammiti keçiriləcək.
Newscenter.az “Armenpress”-ə istinadən bildirir ki, bunu Ermənistanın Diasporla İş üzrə Baş Komissarlığının rəhbəri Zareh Sinanyan səsləndirib.
O bildirib ki, dünya ermənilərinin sammiti cari ilin sentyabr ayında baş tutacaq. Sinanyan diaspor sahəsində 2023-2033-cü illər üçün İnkişaf Planını hazırlandığını diqqətə çatdırıb. Bildirib ki, strategiya dövlətyönlü diasporun formalaşdırılması vizyonuna əsaslanır:
"Məqsəd dövlət mərkəzli strategiyaya sahib olmaqdır. Dünya ermənilərinin ikinci sammitinə qədər strategiyanın təsdiqlənib təsdiqlənməsi nəzərdə tutulur".
Mehman Mehdyev