Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov erməniəsilli seçicilərin də səsvermədə Azərbaycan vətəndaşı kimi iştirak edə biləcəyini bildirib.
Newscenter.az-ın məlumatına görə, o, jurnalistlərə açıqlamasında deyib ki, əsas olan seçicidir və onlar arasında fərq qoyulmur:
"Qadınlar, kişilər, xaricdə yaşayanlar, Azərbaycandakı vətəndaşlar da səsvermədə eyni hüquqa malikdir. Azərbaycan vətəndaşı olan bütün milli azlıqlar eyni hüquqlara sahibdir, onların heç birinin üstünlüyü yoxdur".
Mehman Mehdiyev