Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası məsələsi üzrə komissiyanın növbəti görüşü yaxın günlərdə baş tutacaq.
Newscenter.az news.am-a istinadən bildirir ki, bu barədə məlumatı Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan verib.
Bildirilib ki, Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə iki ölkənin komissiyalarının iclası yanvarın sonunadək baş tutacaq. Mher Qriqoryan görüşün dəqiq vaxtı ətrafında dəqiqləşdirmə aparıldığını deyib.
Bundan əvvəl isə Qriqoryan hökumət iclasda komissiyaların birgə fəaliyyəti haqqında əsasnamə layihəsinin müzakirə olunacağını bildirmişdi.
Mehman Mehdiyev