Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hər hansı bir kənar qurumun seçkilərin nəticələrini tanıyıb-tanımayacağı bizim üçün əhəmiyyət kəsb etmir

Hər hansı bir kənar qurumun seçkilərin nəticələrini tanıyıb-tanımayacağı bizim üçün əhəmiyyət kəsb etmir


"Seçkilər Azərbaycan Respublikası Konstitusiyası və Seçki Məcəlləsi əsasında keçirilir. Əgər seçkilərlə bağlı hər hansı pozuntu olarsa və bununla bağlı şikayətlər varsa o da yenə də Azərbaycan Respublikasının müvafiq məhkəmələrində baxılır və müvafiq qiymət verilir. Nəticədə seçkilərin nəticəsi Konstitusiya Məhkəməsinin qərarı ilə təsdiqlənir.
Hər hansı bir kənar qurumun seçkilərin nəticələrini tanıyıb-tanımayacağı bizim üçün böyük ölçüdə heç bir əhəmiyyət kəsb etmir".

Bu fikirləri Newscenter.az-a politoloq Yusif Bağırzadə AŞPA-nın növbədənkənar prezident seçkilərinin nəticələrini tanımaması mümkünlüyünü şərh edərkən səsləndirib. O bildirib ki, seçkilərə qiymət vermək üçün seçkiləri müşahidə etməlisən:

"Əgər AŞPA seçkilərə müşahidəçi qismində dəvət edilməyibsə o nəyə əsasən seçkilərin nəticələrini tanınanamaqla bağlı qərar verə bilər?
Seçkilər elan olunandan etibarən keçən dövr, yəni istər namizədlərin irəli sürülməsi, istər imzatoplama mərhələsi, istərsə də təbliğat dövrü göstərir ki, seçkilərin gedişinə hər hansı müdaxilə olmayıb".

Politoloq deyib ki, posses kifayət qədər şəffaf keçirilir və hər hansı qurum tərəfindən mübahisələndiriməyib:

"Tamamilə əminəm ki, seçki günü də eyni şəkildə şəffaf və qanunauyğun seçkilərin şahidi olacağıq. Odur ki, mən hansısa qurum tərəfindən seçkilərin nəticələrinin tanınmaması barədə qərar verilməsini ehtimal etmirəm".

Süleyman
Xəbəri paylaş