Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə Polşanın yeni təyin olunmuş xarici işlər naziri Radoslav Sikorski arasında telefon danışığı olub.
Newscenter.az news.am-a istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb. Bildirilib ki, ssöhbət zamanı nazirlər ikitərəfli əlaqələrin inkişaf perspektivlərini, qarşılıqlı fəaliyyət və onun gələcək inkişafı istiqamətində fikir mübadiləsi aparıblar.
Ermənistan və Polşanın xarici işlər nazirləri Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətinə də toxunublar. Nazir Mirzoyan Ermənistanın regionda sülh və sabitliyin bərqərar olunmasına baxışını və ona əsaslanan əsas prinsipləri təqdim edib.
Mehman Mehdiyev