Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məqsədimiz insanları TURAN çətiri altına yığmaqdır -MÜSAHİBƏ

Məqsədimiz insanları TURAN çətiri altına yığmaqdır


Son illər Türk dünyasının birlik və bərabərliyin, Turan ideyasının daha geniş miqyasa yayılması, Turanın qurulması istiqamətində fəaliyyətlər genişlənib, sürətli xarakter alıb. Sevindirici hal ondan ibarətdir ki, bu prosesdə təkcə siyasi hakimiyyətlər deyil, eyni zamanda ayrı-ayrı türk ölkələrində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları da aktiv rol oynayırlar. Belə təşkilatlardan biri də Turan Dövlətlərinin Birləşik Konfederasiyasıdır (TÜRKKON). Sözügedən təşkilatın həmsədri Məhəmmədəli Ağamalıyevlə söhbətimizdə təmsil etdiyi qurumun yaranma zərurəti, fəaliyyət istiqamətləri və s. barədə danışdıq.

-Məhəmmədəli bəy, Turan Dövlətlərinin Birləşik Konfederasiyası (TÜRKKON) nə zamandan fəaliyyət göstərir və əsas fəaliyyət istiqamətləri, qarşısına qoyduğu məqsəd və məramlar, hədəflər nədən ibarətdir?

-Turan Dövlətlərinin Birləşik Konfederasiyası 2023-cü ilin yayında fəaliyyətə başlayıb. Dövrün tələbinə uyğun yaranan Konfederasiyanın məqsədi nəinki Türk dövlətlərində, həmçinin bütün dövlətlərdə insanlar arasında TURAN-ın məqsəd və məramın təbliğ etməkdir. Turanın istəyi barışıq, sülh, birlik, ədalət, rifah, bərabərlikdir. Məhz bu istəklə biz Turançıların məqsədi dinindən, irqindən asılı olmayaraq insanları TURAN çətiri altına yığmaqdır.

-Təşkilatınızın Turan coğrafiyasında, türk dünyasına daxil olan ölkə və topluluqlarda müvafiq təşklatlarla əməkdaşlığı qurulubmu və ən sıx əlaqələr hansı ölkələrlədir?

-Əvvəla onu qeyd edim ki, belə bir misal var, əvvəl evin içi, sonra çölü. Bu baxımdan 2023-cü ildə qarşımıza qoyduğumuz məqsəd öncə Türkiyə ərazisində təşkilatlarımızı yaratmaq idi. Bunun keçən ilin sonuna qədər zaman açısından 80 faizini həyata keçirdik, onlayın üzərindən 50-yə yaxın dövlətdə təmsilçılər təyin etdik. 2024-cü ildə bu prosesi Türkiyə daxilində tamamlamaq və dövlətlərdə təmsilçilərin təşkilatlanmasını təşkil etmək nəzərdə tutulur. 2025-ci ildə dünyanın 80 faizini əhatə etməyi nəzərdə tutumuşuq.

-Ümumən, Türk dünyasının birlik və bərabərliyi istiqamətində atılan addımlar, görülən işlər yetərlidirmi? Düzdür, siyasi mənada ortada bir iradə var, dövlət başçıları birlik istiqamətində fəaliyyət ortaya qoyurlar. Bəs, qeyri-dövlət təşkilatları necə, bu prosesə dəstək ola bilirlərmi?

-Türk dünyasının qəlbi Türkiyə, şah damarı Azərbaycandır. Türkiyə Azərbaycan bir ananın iki oğludur. Memarı iki qardaş olan Turan qurulur və inkişaf edir. Sapı sağlam olan balta, sağlam əllərdədir. Qeyri hökümət təşkilatlarında da bu istiqamətdə canlanma hiss edilir. Ümüd edirik ki, 2024-cü ildə aktiv fəaliyyətə qoşularlar.

-Mümkündürmü ki, TÜRKON-un toplantılarından biri işğaldan azad edilən ərazilərdə, Şuşa və ya bir başqa şəhərdə keçrilsin?

-Konfederasiyanın 2024-cü il proqramında Şuşada, Xankəndidə, Fizulidə toplantı və tədbirlərin keçirilməsi planı var.





Süleyman İsmayılbəyli
Xəbəri paylaş