"Nikol Paşinyan bizim suverenliyimizə və dövlətçiliyimizə xələl gətirməklə, Ermənistan Respublikasını çox qısa müddətdə xarabalığa çevirmək istəyir".
Newscenter.az hraparak.am-a istinadən bildirir ki, bunu “Ədalətli Ermənistan” partiyasının rəhbəri, hüquqşünas Norik Norikyan deyib. Onun sözlərinə görə, yeni Konstitusiyanın qəbulu da məhz bu məqsədə xidmət edir:
"2022-ci ildə olduğu kimi, Konstitusiya İslahatları Şurası vasitəsilə Nikol Paşinyan indi də parlament idarəçiliyi modelinin qorunub saxlanmasının tərəfdarıdır. Baxmayaraq ki, “Yeni Konstitusiya”nın qəbulu zərurəti tamamilə fərqli reallıqlarla əlaqədardır".
Norik Norikyan hesab edir ki, Konstitusiya islahatları məqsəd və dəyərləri kökündən sarsıtmaq məqsədi daşıyır Partiya sədri iddia edib ki, Paşinyan bu məsələdə Azərbaycan və Türkiyənin tələblərini yerinə yetirir:
"Nikol Paşinyan Ermənistan dövlətini sarsıtmaq istiqamətində fəaliyyəti ilə sələflərini də ötüb keçir",-deyə Norikyan bildirib.
Mehman Mehdiyev