Qazaxıstan SSRİ dövründən qalan müqaviləni ləğv edib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, sözügedən sənəd ixtiraların məxfiliyinin qorunması ilə bağlı müqavilədir.
Belə ki, Qazaxıstan prezidenti Kasım Jomert Tokayev SSRİ dövründəki ixtiraların məxfiliyinin qorunması haqqında sazişin qüvvədən düşməsini nəzərdə tutan qanunu təsdiqləyib.
Qeyd edək ki, SSRİ dövründə mühüm ixtiralarla bağlı məlumatların məxfiliyini təmin etmək və məxfiliyin açılması qaydasını müəyyən etmək məqsədi daşıyan sazişi Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olan ölkələrin hökumət başçıları tərəfindən 4 iyun 1999-cu ildə Belarusun paytaxtı Minskdə yenidən imzalanıb.
Mehman Mehdiyev