Rusiyadan Özbəkistana turist axını 25,8 faiz artıb.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, 2023-cü ildə Özbəkistana 714,2 min rusiyalı turist gəlib. Bildirilib ki, 2022-ci ildə isə bu rəqəm 567,725 nəfər təşkil edib.
Rusiyalı turistlərin əsasən, Özbəkistan tarixi-mədəni abidələrinə yaxın ərazilərdə yerləşən turist istirahət məkanlarına üz tutduqları bildirilir. 2024-cü ildə isə bu rəqəmin 1 milyona çatdırılması hədəflənib.
Məlumatda o da bildirilib ki, rusyalı turistlərin Orta Asiya regionunda ən çox üz tutduqları ölkə Özbəkistan və Qazaxıstandır.
Mehman Mehdiyev