Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Seçkilərdən sonra Azərbaycanda yeni era başlayacaq

Seçkilərdən sonra Azərbaycanda yeni era başlayacaq


"Prezident seçkiləri yekunlaşdıqdan və xalqımızın seçimi bəyan edildikdən sonra Azərbaycanda yeni era başlayacaq".

Bu fikirləri Newscenter.az-a ictimai-siyasi fəal Anar Salehoğlu səsləndirib. O bildirib ki, bütün sahələrdə sürətləndirilmiş inkişaf tez bir zamanda özünü göstərəcək:

"Şübhəsizdir ki, vətəndaşlar öz seçimlərini ediblər. Ulu öndər Heydər Əliyevin başa çatdıra bilmədiyi işləri prezident İlham Əliyev başa çatdırdı. İlham Əliyev isə özü başladığı bütün işlərin sonuna imzasını atacaq".

Anar Salehoğlu əmin olduğunu bildirib ki, qarşıdan gələn prezident seçkilərində İlham Əliyev yenidən taleyüklü missiyanı öz çiyinlərinə götürəcək:

"Və alqımızın etimadını gələcək dövrlərdə də doğrultmaq üçün əlindən gələni edəcək".

Anar Əliyev
Xəbəri paylaş