Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukrayna Silahlı Qüvvələrində korrupsiya, 1,3 milyon dollar mənimsəmə

Ukrayna Silahlı Qüvvələrində korrupsiya, 1,3 milyon dollar mənimsəmə


Ukrayna Müdafiə Nazirliyində korrupsiya faktı aşkar edilib.

Newscenter.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Rustem Umerov öz Facebook səhifəsində məlumat verib.

Nazir bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin hərbi hissələrindən birində aparılan yoxlama zamanı ərzaq tədarükü zamanı 50 milyon qrivnadan (1,3 milyon dollar) çox sui-istifadə halları aşkar edilib.

“Nazirliyin komandası hərbi hissələrin ərzaq anbarlarında plandankənar yoxlamaları davam etdirir. 50 milyon qrivnadan çox dəyərində ərzaq çatışmazlığı aşkar etdik. Bəzi hərbi hissələrin təchizatçısı uzaqlaşdırılıb”, - deyə Umerov yazıb.

Nazir, həmçinin, Ukrayna Silahlı Qüvvələri üçün artilleriya mərmilərinin alınması üzrə korrupsiya sxeminin açıqlanması barədə məlumat verib. Qeyd edilir ki, bu proses zamanı büdcəyə 1,5 milyard qriven (39,9 milyon dollar) ziyan dəyib.

Mehman Mehdiyev
Xəbəri paylaş