Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vətəndaşlar seçki prosesində kifayət qədər fəaldırlar -MÜSAHİBƏ

Vətəndaşlar seçki prosesində kifayət qədər fəaldırlar


Növbədənkənar prezident seçkilərinə 10 gündən az bir vaxt qalır. Hazırda seçkilərin mühüm mərhələlərindən biri, təbliğat-təşviqat mərhələsi həyata keçirilir. İstər prezidentliyə namizədlər və onların vəkilləri, istər ayrı-ayrı siyasi institutlar seçki kampaniyasının uğurla davam etdiyini, bütün namizədlərə bərabər şəraitin, imkanların yaradıldığını bildirirlər. Bəs görəsən vətəndaş cəmiyyəti nümayəndələri bu barədə nə düşünür və seçki prosesini necə xarakterizə edirlər. Bu və ya digər suallarla “Milli İnkişaf” ictimai birliyinin sədri Arzuman Muradlıya müraciət etdik.

-Arzuman bəy, vətəndaş cəmiyyətinin nümayəndəsi olaraq seçki kampaniyasını yəqin ki, siz də izləyirsiniz, müşahidə aparırsınız. Ümumən, seçkiqabağı vəziyyəti necə xarakterizə edərdiniz?

-Növbədənkənar seçkilər ərəfəsində Azərbaycanda seçkiqabağı mühit çox normal, şəffaf, açıqdır. Seçkinin bütün mərhələlərində istər namizədlərin irəli sürülməsi, istər imza vərəqələrinin götürülüb lazım olan sayda imzaların toplanması, istərsə də digər mərhələlərdə, ən əsas da təbliğat-təşviqat mərhələsində bütün namizədlərə bərabər imkanlar yaradılıb. İstənilən namizəd istər paytaxtda, istərsə də regionlarda kütləvi tədbirlərin keçirilməsi üçün ayrılmış müvafiq məkanlarda öz seçiciləri ilə görüşlər keçirib öz platformalarını onlara çatdıra bilir. İndiyə qədər bir namizəd deməyib ki, onun seçiciləri ilə keçirdiyi görüşlərə hansısa formada problem yaradılıb. Açığını deyək ki, əvvəlki seçkilərdə bəzi hallarda belə problemlər meydana çıxır, bəzi yerli məmurlar namizədlərə bürokratik əngəllər yaradırdılar. Ancaq son illərin seçkilərində artıq bu kimi mənfi tendensiyalar tamamilə aradan qaldırılıb.

-Bəzi siyasi dairələr iddia edirlər ki, əhalinin seçkiyə marağı azdır. Belə bir tendensiya müşahidə edilirmi?

-Qətiyyən, əsassız fikirlərdir. Prezidentliyə namizədlərin keçirdiyi görüşlərdən də aydın görünür ki, vətəndaşlar seçki prosesində kifayət qədər fəaldırlar və növbədənkənar prezident seçkilərinə xüsusi önəm verirlər. Seçki barədə mənfi rəy yaradanlar isə sadəcə bu prosesə qoşulmayan, qoşulsalar belə seçki mübarizəsində uduzacaq siyasi təsisatlardır. Onlar hər zaman seçki prosesindən kənarda qalmaqla yanaşı, bu prosesə kölgə salmağa, seçkilər barədə mənfi rəy formalaşdırmağa çalışıblar. Ancaq hesab edirəm ki, bu kimi dedi-qodulara ən yaxşı cavabı xalq, Azərbaycan seçicisi seçki kampaniyasında fəal iştirak etməklə verir. İnşallah səsvermə günü də xalq öz sözünü deyərək bir daha seçkilərdə fəallığını nümayiş etdirəcək.

-Arzuman bəy, apardığınız müşahidələrin nəticəsi olaraq nə deyə bilərsiniz? Seçkinin favoriti, qalibi kim olacaq?

-Əslində bu sualın cavabı hər birimizin üçün aydındır. Bu birmənalıdır ki, növbədənkənar prezident seçkilərinin favoriti, qalibi Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi, hazırkı dövlət başçısı Cənab İlham Əliyevdir. Bunu digər namiizədlər də özləri açıq şəkildə etiraf edirlər. Mən Cənab İlham Əliyevin 20 il ərzində ölkəyə rəhbərlik etdiyi dövrdə Azərbaycanın inkişaf və tərrisi istiqamətdə gördüyü işləri, atdığı addımları bir kənara qoyaraq, təkcə 44 günlük Vətən müharibəsində adını qalib sərkərdə kimi tarixə yazaraq 30 ilə yaxın müddətdə erməni işğalı altında olan ərazilərimizi düşməndən azad etməsi, ərazi bütövlüyümüzün bərpasına nail olması faktını nəzərə alaraq deyə bilərəm ki, təkcə bu tarixi zəfərin özü İlham Əliyevin seçkilərdə qalib gəlməsini şərtləndirir. Təkcə 44 günlük Vətən müharibəsində Ali Baş Komandan kimi qazandığı zəfər əsas verir ki. xalq öz səsini qalib sərkərdəyə verərək Onu seçkilərin də qalibi etsin.

Süleyman İsmayılbəyli
Xəbəri paylaş