Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xalqımız Heydər Əliyev siyasi kursunun alternativini görmür -MÜSAHİBƏ

Xalqımız Heydər Əliyev siyasi kursunun alternativini görmür


Növbədənkənar prezident seçkilərinin son mərhələsinə, səsvermə gününə 10 gündən az bir vaxt qalır. Hazırda seçkilərin mühüm mərhələsi, təbliğat-təşviqat dövrüdür. Bu kampaniya çərçivəsində digər namizədlər kimi Yeni Azərbaycan Partiyasının namizədi, hazırkı dövlət başçısı İlham Əliyevin təşviqatı istiqamətində paytaxt və regionlarda silsilə görüşlər keçirilir.

İlham Əliyevin təşviqat kampaniyası çərçivəsində keçirilən görüşlərdə iştirak edən Milli Məclisin deputatı, hakim partiyanın İdarə Heyətinin üzvü Azər Badamovla təşviqat kampaniyası çərçivəsində keçirilən görüşlər, cəmiyyətin seçkilərə olan marağı və s. barədə söhbətləşdik.

-Azər müəllim, artıq bir müddətdir ki, növbədənkənar prezident seçkilərinin təbliğat-təşviqat mərhələsi gedir və bu mərhələdə Siz də həm deputat, həm də hakim partiyanın üzvü kimi seçicilərlə görüşlər keçirirsiniz. Ümumən, seçicilərin seçkiyə olan marağı hansı səviyyədədir?

-Bəli, Seçki Məcəlləsinə uyğun olaraq Yeni Azərbaycan Partiyası intensiv şəkildə təbliğat-təşviqat kampaniyasını aparır. O cümlədən mən də həm deputat, həm də YAP-ın İdarə Heyətin üzvü olaraq bu təbliğat kampaniyasında aktiv şəkildə iştirak edirəm və seçicilərlə görüşlər keçirirəm. Görüşlərimizdə seçicilər aktiv şəkildə iştirak edirlər.

-Belə demək mümkündürmü ki, seçicilər arasında yüksək əhval-ruhiyyə var?

-Bəli, insanların prezident seçkiləri ilə bağlı yüksək əhval-ruiyyəsi var. Son 20 ildə ölkə başçımızın rəhbərliyi altında yeni Azərbaycan ucalmışdır. Bu yeni Azərbaycanın müəllifi cənab İlham Əliyevdir. Görüşlərimizdə iştirak edən seçicilərimizin hamısı ölkə başçımızın siyasətindən məmnundurlar və ölkəyə rəhbərlik edə biləcək başqa kimsəni görmürlər. Qarşıdan gələn seçkilərdə hamı aktiv şəkildə iştirak edəcəklərini və hər bir səsvermə hüququ olan vətəndaş öz səsini namizədinə şəxsən özü verməklə qürur duyacaqlarını bildirirlər.

-Apardığınız müşahidələr, keçirdiyiniz görüşlər onu deməyə əsas verirmi ki, Azərbaycan seçicisi bu dəfə də ölkənin inkişaf və tərəqqisinə, Heydər Əliyev siyasi kursunun davamına səs verəcək?

-Müstəqilliyimizin tarixi çox da böyük deyil. Səsvermə hüququ olanların əksəriyyəti müstəqilliyimizin ilk illərinin ağır və acı həyatını yaşayıblar. Həm də Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra da Azərbaycanın həyatının necə dəyişdiyinin şahidi olublar. Ona görə də 2003-cü ildə keçirilən prezident seçkilərində xaqlımız Ümummilli Lider Heydər Əliyevin çağırışını rəhbər tutaraq onun siyasi varisi cənab İlham Əliyevi dəstəklədi. Cənab İlham Əliyev Ulu Öndərin siyasi kursunu çox uğurla davam etdirdi və Azərbaycanı qalib ölkəyə çevirdi. Bütün bu uğurların təməlində Ümummilli Lider Heydər Əliyevin siyasi kursu dayanır. Xalqımız öz seçimində səhv etməyib və gələcəkdə də bu siyasi kursunun alternativini görmür. Görüşlərimiz zamanı insanlar bu fikirlərini açıq şəkildə ifadə edirlər. Ona görə də qarşıdan gələn seçkilərdə də hamının Ümummilli Lider Heydər Əliyevin siyasi kursuna səs verəcəklərinə şübhə etmirəm.

Süleyman İsmayılbəyli
Xəbəri paylaş