Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa azərbaycanlıları seçkiyə böyük maraq göstərir

Avropa azərbaycanlıları seçkiyə böyük maraq göstərir


Fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərinə Avropada yaşayan azərbaycanlılar da böyük maraq göstərirlər.

Newscenter.az xəbər verir ki, bu fikirləri İspaniya Azərbaycanlıları Assosiasiyasının sədri Vahid İmanov səsləndirib. Assosiasiya sədri deyib ki, onlar da öz növbəsində soydaşlarımızın seçkilərdə aktiv olması istiqamətində fəal iş aparırlar:

"Müntəzəm olaraq Avropada yaşayan Azərbaycan vətəndaşları ilə maarifləndirmə işləri aparır, onları növbədənkənar seçkilərdə yaxından iştirak etməyə çağırırıq. Əminliklə deyə bilərəm ki, 7 fevral seçkilərində Avropadakı azərbaycanlılar fəal iştirak edərək növbəti dəfə Azərbaycanın inkişafı, tərəqqisinə səs verəcəklər".

Anar Əliyev
Xəbəri paylaş