Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropada türk düşmənçiliyi hökm sürür

Avropada türk düşmənçiliyi hökm sürür


“Avropada türkə, türk dünyasına qarşı bir düşmənçilik hökm sürür. Bu düşmənçilik özünü hər addımda büruzə verir”.

Newscenter.az xəbər verir ki, bu fikirləri “Milli İnkişaf” ictimai birliyinin sədri Arzuman Muradlı səsləndirib. O bildirib ki, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyəti ilə bağlı yaşanan ən son olay da bunun əyani sübutudur:

“Avropa əsla türkü, türk dünyasını, bu dünyasının bir parçası olan ölkələrin inkişafını, Avropaya inteqrasiyasını istəməz, ciddi cəhdlə bunun qarşısını almağa çalışar. Necə ki, uzun illərdir Türkiyənin Avropa Birliyinə gedən yoluna əngəl yaradılır, qardaş ölkənin sözügedən quruma üzvlüyünı maneçilik törədilir. eləcə də indi Azərbaycana qarşı oxşar, anoloji addımı atılır”.

Mehman Mehdiyev
Xəbəri paylaş