Binəqədi rayonu ərazisində mənzillərin birindən 12000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən əcnəbi vətəndaş müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Mehman Mehdiyev