Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cənab Prezident üçün Qərbi Azərbaycan ən müqəddəs ideallardan biridir

Cənab Prezident üçün Qərbi Azərbaycan ən müqəddəs ideallardan biridir


Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Təbliğat-Təşviqat Qrupunun növbəti görüşü Nəsimi YAP-ın ağsaqqalları, Qərbi Azərbaycan icmasının bir qrup nümayəndələri ilə keçirildi.

Tədbirdə çıxış edərək ölkəmizin ictimai-siyasi həyatına başlanmış proseslərdən, Azərbaycan dövlətçiliyinin memarı Ulu öndər Heydər Əliyev siyasətinin ölkəmizin demokratik inkişafına verdiyi töhfələrdən danışdım. Azərbaycanın qədim torpaqları olan Qərbi Azərbaycanın tarixinə, soydaşlarımızın başına gətirilən ağır facilərdən bəhs etdim. Ümumilli liderimizin indiki Ermənistana məxsus Göyçə mahalı , Vedibasar, Zəngibasar, İrəvan xanlığı ilə bağlı xatirələrini bölüşdüm. Heydər Əliyev üçün bu torpaqlar çox əziz və doğma idi, soydaşlarımızın 200 ilə yaxın başına gələn faciələrə hamıdan çox o üzülürdü, milli kimliyimizin və milli ləyaqətimizin müdafiəçi kimi tarixi Vətəndən deportasiya olunmuş soydaşlaırmızın hamisi idi.

Ulu öndər həmişə bizə təskinlik verərək qeyd edirdi ki, erməni təcavüzünə bir gün son qoyulacaq və məcburi köçkünlərimiz də, Qərbi Azərbaycanlılar da öz yurdlarına dönəcəklər.

Heydər Əliyev 2002-ci ildə Goranboy rayonun Aşağı Ağcakənd qəsəbəsində Ermənistandan qaçqın düşmüş soydaşlarımız üçün salnmış şəhərçiyin açılışında qeyd edirdi ki, vəziyyət heç vaxt belə qalmayacaq, dünyada hər şey dəyişir, heç bir şey bir yerdə durmur. Mən tam inanıram ki, bizim bölgədə hər şey ədalət naminə dəyişəcəkdir. Azərbaycan xalqının bu əzab-əziyyətinə görə onun xeyrinə dəyişəcəkdir və siz Qərbi Azərbaycanlılar da gələcəkdə mütləq öz gözəl Göyçə torpağınızı görəcəksiniz, öz doğma dağlarınızı, bulaqlarınızı, çaylarınızı da görəcəksiniz. Ata-babalarınızın qəbirlərini də görəcəksiniz. Mən buna inanıram.

Ulu öndərin Qarabağ arzuları çin oldu, heç şübhəsiz ki, Cənab Prezident İlham Əliyev Onun Göyçəyə, Zəngəzura, digər doğma torpaqlarımıza qayıdış arzularını də layiqincə gerçəkləşdirəcək. Cənab Prezident üçün Qərbi Azərbaycan ən müqəddəs ideallardan biridir, öz doğum günündə Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşü bu məsələyə nə qədər həssas, doğma yanaşdığını göstərir. Onun Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bəyan etdiyi kimi biz mütləq o torpaqlara qayıdacağıq. Cənab Prezident Kəlbəcərə səfəri zamanı da əli ilə Göyçəni, qədim yurd yerlərimizi göstərərək qeyd etdi ki, biz öz tarixi Vətənimizin bir addımlığındayıq.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının ağsaqqallarından biri, hörmətli ziyalımız, professor Vaqif Şadlınski Qərbi Azərbaycanlıların başlarına gətirilən dözülməz faciələrdən bəhs edərək onların öz doğma yurdlarından deportasiya edilməsinə baxmayaraq, həmişə öz ata-baba yurdlarına geri dönmək ümidi ilə yaşadıqlarını bildirdi, qeyd etdi ki, artıq soydaşlarımızın öz evlərinə dönüşü üçün tarixi-siyasi şərait yetişib. Möhtərəm Ali Baş Komandan İlham Əliyevin təmkin və uzaqgörənliklə həyata keçirdiyi siyasət uğurla bizi buna doğru aparır. Qərbi Azərbaycan İcması Cənab Prezidentin ətrafında hər zaman sıx birləşərək Onun bu müqəddəs arsuzunu da həyata keçirəcəyinə qəti əmindirlər. Hazırda məcburi köçkünlərin icra olunan Böyük Qayıdış Proqramı kimi bizim də Qayıdış Konsepsiyamız gerçəkləşəcək.

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor
Xəbəri paylaş