"Ölkəmiz öz tarixi boyu heç vaxt bu vəziyyətdə olmayıb. Satılmış hakimiyyət, itirilmiş ərazilər bu gün Ermənistanın taleyinə yazılmış acı gerçəklikdir".
Newscenter.az hraparak.am-a istinadən bildirir ki, bunu erməni hüquq müdafiəçisi Ara Rostomyan deyib. O bildirib ki, günümüzdə milləti tamamilə məhv etməyə çalışırlar:
"İndi də hakimiyyət müqəddəs kilsəmizə hücum hazırlaşır".
Ara Rostomyan deyib ki, hakimiyyət bəzi təşkilatları milli dəyərləri məhv etmək üçün yaradılırlar. Bütün bu müddət ərzində səlahiyyətlilər bütün diqqətlərini təhlükəsizlik məsələlərinə yönəltmək əvəzinə, problemlərlə bağlı danışan insanları susdurmağa çalışırlar”.
Mehman Mehdiyev