Qazaxıstanda kömürün qiyməti qalxıb.
Newscenter.az Almatı.tv-yə istinadən xəbər verir ki, son bir ay ərzində regionda bərk yanacağın qiyməti 12 faiz artıb.
Rəqabətin Müdafiəsi və İnkişafı Agentliyi qiymət artımına görə kömür satışı ilə məşğul olan subyektlərin fəaliyyətini təhlil edib. Təhlil əsasında məlum olub ki, kömürün qiyməti yataqlarda alış qiymətinin artması, eləcə də daşınma xərclərinin artması ilə birbaşa bağlıdır. Ona görə də dəmir yolu tarifləri və kömür daşıyan lokomotiv xidmətlərinin qiyməti artıb. Həmçinin, əməkhaqqı ehtiyatı ildən-ilə artır, ona görə də bütün bunlar müvafiq olaraq kömürün qiymətinə təsir göstərir.
Ən ciddi qiymət artımə Şərqi Qazaxıstanda qeydə alınıb.
Mehman Mehdiyev