"Növbədənkənar prezident seçkiləri ərəfəsində ölkədə aparılan müşahidələr onu deməyə əsas verir ki, Azərbaycanda seçki fəallığı yüksək səviyyədədir. Xalqın seçkiyə böyük marağı var".
Bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb. Analitik Qrupdan Newscenter.az-a daxil olan açıqlamada bildirilib ki, seçki prosesinin müxtəlif mərhələlərini müşahidə edən daxili və beynəlxalq müşahidəçilər də bu qənaətdədirlər:
"Ümumiyyətlə, demək olar ki, Azərbaycan fevralın 7-də böyük ruh yüksəkliyi ilə daha bir azad, demokratik seçki keçirəcək".
Mehman Mehdiyev