"Seçkidə iştirak etməyən partiyalarla dəstək üçün görüş nəzərdə tutmamışıq. Sadəcə QHT və vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşlər keçirmişik".
Bu fikirləri Newscenter.az-a prezidentliyə namizəd Qüdrət Həsənquliyevin vəkili Azər Qasımov namizədlərinə digər müxalif partiyalardan dəstək istəyib-istəməyəcəklərinə münasibət bildirərkən səsləndirib. O bildirib ki, bizim namizədin seçki platforması müxtəlif üsullarla ölkə ictimaiyyətinə çatdırılır:
"Hesab edirəm ki, bu platforma ölkəmizin gələcəyi və inkişafı baxımından ən maraqlı və məqbul platformadır. Əgər hər hansı partiya ölkəmizin gələcəyinə biganə deyilsə, Prezidentliyə namizəd Qüdrət Həsənquliyevə səs verməyi özünün borcu hesab etməlidir".
Azər Qasımov deyib ki, məsələ kimin hakimiyyətə gəlməsi deyil, ölkənin gələcəyinə daha çox töhvə verə biləcəyi həqiqətidir:
"Biz də hesab edirik ki, bu insan ancaq Qüdrət Həsənquliyevdir".
Süleyman