Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyanın Ermənistandakı səfirliyi İrəvandakı təxribatı pislədi

Rusiyanın Ermənistandakı səfirliyi İrəvandakı təxribatı pislədi


Rusiyanın Ermənistandakı səfirliyi bir neçə gün əvvəl İrəvanda Rusiya bayrağına qarşı edilən hörmətsizliyi pisləyən bəyanat yayıb.

Newscenter.az hraparak.an-a istinadən bildirir ki. səfirlik İrəvanda yerləşən mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidənin önünə qoyulan əklillərin və Rusiya bayrağının təhqir olunmasını kinli təxribat kimi qiymətləndirib.

Bəyanatda bildirilir ki, bu cür hərəkətləri həmin faciə qurbanlarının və şəhəri müdafiə edən qəhrəmanların xatirəsinə açıq hörmətsizlikdir. Bunu başqa cür qiymətləndirmək çətindir.

Bəyanat müəlliflərinin fikrincə, bu nəinki həmin faciəli hadisələrə və onların qurbanlarına, hətta öz əcdadlarının xatirəsinə nifrətini açıq şəkildə ifadəsidir və əxlaqsızlıqdır.

Qeyd edək ki. yanvarın 27-də vətəndaş Samvel Şirinyan mühasirədə olan Leninqradın uşaqlarına həsr olunmuş abidənin yanında Rusiya bayrağını əks etdirən rəmzi lentləri cıraraq tapdalayıb, ora qoyulmuş çələngləri isə ayaqlar altına atıb.

Mehman Mehdiyev
Xəbəri paylaş