Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan məhsulları Özbəkistanda tanıdılacaq

Azərbaycan məhsulları Özbəkistanda tanıdılacaq


Azərbaycan Türkiyə Özbəkistan İşadamları Birliyi (ATUİAB) azərbaycanlı iş adamlarının Özbəkistanın biznes strukturları ilə əlaqələrinin inkişaf etdirilməsi, Azərbaycan məhsulları və onları istehsal edən şirkətlərin bu ölkədə tanıdılması istiqamətində fəaliyyətini davam etdirir.

Newscenter.az-a ATUİAB-dan bildirilib ki, təşkilat daha iki şirkətlə əməkdaşlığa başkayır. Belə ki, beynəlxalq ticarət sahəsində yeri və rolu olan ATUİAB, My ​​Step və Logix şirkətləri ilə əməkdaşlıq edəcək. Bu məqsədlə keçirilən görüşdə tərəflər birgə fəaliyyət planlarını və layihələrini müzakirə ediblər. Hər iki tərəf öz təkliflərini səsləndirib. Danışıqlar nəticəsində bir neçə gün sonra yenidən müzakirə masası arxasında görüşmək qərara alınıb.

Belə ki, ATUİAB Özbəkistanda partnyorU olan Azərbaycan brendi "Dəstək" qrup şirkətinin "logix" məhsulunun tanıdılmasında və proqramın satılmasında dəstəK göstərəcək.

Süleyman
Xəbəri paylaş