"Ermənistan və Azərbaycan arasında sülh danışıqları prosesi bütün dönəmlərdə vacib olan məsələlərdən hesab edilib. Biz bilirik ki, son zamanlar iki ölkə arasında sərhədlərin delimitasiyası ilə bağlı işçi qrupları fəaliyyət göstərir və bu işçi qruplarının səyi və effektli işi hesabına bütün kritik və mübahisəli məsələlər öz həllini tapıb. Demək lazımdır ki, çox az müddət ərzində bəzi kiçik məsələlər istisna olmaqla, yekun sülh müqaviləsinin bağlanması istiqamətində bütün zəruri addımlar atıldı və proses yekunlaşmaq üzrədir".
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi Azərbaycan-Ermənistan təmaslarını şərh edərkən səsləndirib. Onun sözlərinə görə, belə bir vəziyyətdə Ermənistan tərəfindən hansısa şərt irəli sürülməsi inandırıcı deyil:
"Amma, üçüncü ölkələrin təsiri altında belə bir şərt falan Ermənistan tərəfindən irəli sürülə bilər. İnanmıram ki, Ermənistan belə bir vəziyyətdə nəyəsə nail ola bilsin. Amma, biz, zaman -zaman Ermənistanın danışıqlar zamanı, proseslərə zərər verə biləcək addımlar ata bilmə ehtimalının daha çox şahidi olmuşuq. Bu səbəbdən Ermənistanın indiki növbəti görüş zamanı hansısa şərtləri irəli sürməsi, inanmıram ki, iki ölkə arasında işçi qrupunun razılaşdırılmış məsələlərinə kölgə salsın".
\
Ekspert deyib ki, bütün hallarda danışıqlar prosesi effektli hesab olunur:
"Ermənistan tərəfi də anlayır ki, Azərbaycan hər zamankı kimi bundan sonra da öz haqqından bir addm da kənara cəkilən deyil".
Anar Əliyev