Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanlı idmançı “CONSTRICTOR Team” sertifikati ilə mükafatlandırılıb

Azərbaycanlı idmançı “CONSTRICTOR Team” sertifikati ilə mükafatlandırılıb


Azərbaycanın Kickboxing MMA idmançısı Rüstəm Müslümov və onun məşqçisi Serbiyanın Kula şəhərində Kickboxing MMA ve Jiu Jitsu üzrə keçirilən təlim məşq toplanışında iştirak edib.

Newscenter.az-a bu barədə məlumat verən idmançı deyib ki, onun təlim məşq toplanışında iştirakı tədbirin təşkilatçılarının dəstəyi əsasında baş tutub.

Təlim məşq toplanışında və keçirilən döyüşlərdə Azərbaycanın adını layiqincə təmsil edən Rüstəm Müslümov təşkilatçılar tərəfindən “CONSTRICTOR Team” müvafiq sertifikatla mükafatlandırılıb.

Qeyd edək ki, zaman-zaman döyüşçümüz Rüstəm Müslümov bir sıra beynəlxalq idman tədbirlərində, yarışlarında iştirak edir.



Oruc
Xəbəri paylaş