Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Biləcəri, Xırdalan və Qəbələ stansiyalarında platformalar yenilənir

Biləcəri, Xırdalan və Qəbələ stansiyalarında platformalar yenilənir


Biləcəri, Xırdalan və Qəbələ stansiyalarında yeni alınan Stadler “FLIRT” qatarlarına dayanacaq verilməsi üçün platformalar müvafiq standartlara uyğun yenilənir.

Newscenter.az Azərbaycan Dəmir Yollarına istinadən bildirir ki, bu məqsədlə ikimərtəbəli “KISS” markalı Stadler qatarlarının dayanması üçün uyğunlaşdırılmış hündür platformalarda həm də birmərtəbəli “FLIRT” markalı qatarların dayanması, sərnişinlərin rahat düşüb-minməsi və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə daha aşağı hündürlüklü əlavə hissələr tikilir.

Ərazidə aparılan tikinti işlərinin təhlükəsiz həyata keçirilməsini təmin etmək üçün həmin platformalardan keçərkən qatarların hərəkət sürəti qismən endirilir.

Süleyman
Xəbəri paylaş