Rusiya-Ukrayna cəbhəsində vəziyyət hər ötən gün bir qədər gərginləşir. Hər iki tərəfin hücumları istər Rusiya, istərsə də Ukraynada böyük itkilərə yol açır. Bu arada Ukraynanın hərbi potensialının tükənməsi, Qərbin, Avropanın Kiyevə istənilən yardımı ayırmaması onu deməyə əsas verir ki, artıq sözügedən güc mərkəzlərində də Ukraynanın məğlubiyyəti ilə barışıblar. Elə politoloq Zeynal Əmərliyev də bu qənaətdədir.
Newscenter.az-a verdiyi açıqlamada politoloq deyib ki, bu bir çox Avropa dövlətinin Kiyevi kapitulasiyaya göndərmək cəhdidir:
"Avropanın bir hissəsi, hansı ki, zamanında onların Rusiya ilə çox sıx enerji - iqdisadi əlaqələri var idi, maraqlıdırlar ki, bu müharibə tez bitsin. Buna görə də var Kiyevin tez boyun əyməsində maraqlıdırlar. Ancaq bu da Rusiyaya qonşu olan ölkələri, məsələn Baltik ölkələrini və Polşanı ciddi narahat edir. Onlar qorxurlar ki, Ukraynadan sonra Rusiyanın hücum ünvanı özləri ola bilərlər".
Süleyman