Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Böyük Britaniya Qırmızı dənizə təyyarədaşıyan gəmi göndərir

Böyük Britaniya Qırmızı dənizə təyyarədaşıyan gəmi göndərir


London Yəmənin “Ənsar Allah” hərəkatının husiləri ilə döyüşmək üçün iki təyyarədaşıyan gəmisindən birini Qırmızı dənizə göndərməyi düşünür.

Newscenter. az xarici mediaya istinadən bildirir ki, bunu Böyük Britaniyanın müdafiə nazirinin müavini Ceyms Hippi "Daily Telegraph" qəzetinə müsahibəsində deyib.

Hippinin sözlərinə görə, Britaniya təyyarədaşıyan gəmisi döyüş patrul bölgəsində Amerikanın “Dwight D. Eisenhower” aviadaşıyıcısını əvəz edə bilər. Rəsmi vurğulayıb ki, ABŞ təyyarədaşıyan gəmisi bölgədə çox qala bilməz. Buna görə də lazımdır ki, ingilis təyyarədaşıyan gəmisi lazım gələrsə, Amerikanın əvəzinə döyüş patrullarını davam etdirə bilsin.

Bundan əvvəl ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Gravely” esminesinin Yəmənin şimalında hakim olan “Ənsar Allah” hərəkatından husilər tərəfindən atılan gəmi əleyhinə qanadlı raketi vurduğu bildirilmişdi.

Mehman Mehdiyev
Xəbəri paylaş