Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan gərək Azərbaycanın səmimi mövqeyini nəzərə alsın

Ermənistan gərək Azərbaycanın səmimi mövqeyini nəzərə alsın


"Azərbaycan işğal olunmuş torpaqlarını azad etdikdən sonra gündəlikdə aktual olaraq iki məsələ qalıb. Bunlar sülh müqaviləsi və sərhədlərin delimitasiyasıdır. Təəssüf ki, sülh müqaviləsinin imzalanması uzanır və bu belə davam etdikcə "tənzimləmə", "tərəflər arasında ortaq nöqtələrin tapılması" adı altında məsələyə müdaxilə edənlərin sayı və təsiri də artır. Beləliklə, hər keçən gün sülh müqaviləsinin bağlanması asanlaşmaqdansa, daha da mürəkkəbləşir".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Mütəllim Rəhimli bu gün baş tutan delimitasiya komissiyasının iclasını şərh edərkən səsləndirib. O bildirib ki, iki dövlət arasında sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı prosesin və prinsiplərin razılaşdırılması indiki halda çox vacibdir:

"Əgər belə olmasa sərhədlərin delimitasiyası və münasibətlərin normallaşması haqqında danışmaq yersizdir. Danışıqlar prosesində tərəflərin şərtlər irəli sürməsi yox, prinsipləri müəyyənləşdirməsi üçün təkliflər verməsi gərəklidir. Əks hal onu göstərmiş olur ki, burada səmimi niyyət yoxdur".

Politoloq deyib ki, Ermənistan tərəfi müharibədə məğlub olmuş dövlətdir. Onun vəziyyəti daha çox şərtləri qəbul etməyə və güzəştə hesablanmalıdır:

"Halbuki Azərbaycan qarşı tərəfə torpaq iddiası irəli sürmür, hətta onunla bərabər tərəflər kimi danışmaq niyyətini nümayiş etdirir. Ermənistan gərək ölkəmizin bu səmimi mövqeyini nəzərə alsın və unutmasın ki, anlaşılmazlıq uzun müddət davam edə bilməz. Bu mütləq sonda hərbi toqquşmalara gətirib çıxaracaq. Nəticədə isə Ermənistan uduzacaq. Ona görə də kənar güclərin provakasiyasına getməməli, reallığı qiymətləndirməlidir".

Süleyman
Xəbəri paylaş