Ermənistandan hələ də 303 nəfər itkin düşmüş hesab olunur.
Newscenter.az hraparak.am-a istinadən bildirir ki, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Ermənistan bürosu məlumat yayıb. Bildirilib ki, həmin şəxslər İkinci Qarabağ müharibəsi zamanı, eləcə də ondan sonrakı mərhələdə, 2020-2022-ci illərdə itkin düşüb.
Komitədən o da bildirilib ki, 2023-cü il ərzində Ermənistanda 62 ailə itkin düşmüş qohumlarını axtarmaq üçün BQXK-yə müraciət edib. Axtarış nəticəsində 12 ailə yaxınlarının taleyindən xəbər tutub.
Mehman Mehdiyev