"Bu gün İcevanla Qazax sərhədində Azərbaycan və Ermənistan baş nazir müavinlərinin sərhədlərin delimitasisiyası və demarkasiyası üzrə sayca altıncı görüşü baş tutub. Təfərrüatlar barədə tərəflər rəsmi məlumatlar verməsələr də əvvəlcədən də bəyan edildiyi kimi mina xəritələri və sərhədlərin delimitasiya məsələləri müzakirə edilməli idi. Amma görüşdən əvvəl Erməni baş nazir Nikol Paşinyan Azərbaycan tərəfə məqbul olmayan təkliflər göndərmiş və hücum etməmək öhdəliyinin götürülməsini, silahlara qarşılıqlı nəzarət təkliflərini irəli sürmüşdü. Həmçinin qoşunların güzgü prinsipi üzrə geri çəkilməsi istənilmişdi. Bu təkliflər absurddur. Həm də ona görə ki, şərti sərhəd varsa, sərhədlər dıqiqləşmədən bunların heç biri mümkün deyil".
Bu fikirləri Newscenter.az-a AMIP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu Azərbaycan və Ermənistan baş nazir müavinlərinin sərhədlərin delimitasisiyası və demarkasiyası üzrə sayca altıncı görüşünün keçirildiyi ərəfədə İrəvanın Bakıya bir neçə şərt irəli sürməsini şərh edərkən səsləndirib. Onun sözlərinə görə, Ermənistan sərhəddə qərbli müşahidəçiləri çəlb etməklə təzyiq altında müəyyən güzəştlər qazanmaq istəyir:
"Bakı üçün vacib olanı mina xərtələrini əldə etməkdir. Çox ehtimal ki, danışıqlar gərgin atmosferdə keçib".
Süleyman