Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gəncədə qəbiristanlıqdan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Gəncədə qəbiristanlıqdan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb



Gəncədə qəbiristanlıqdan oğurluq edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Newscenter.az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki qəbiristanlıqlardan birindən mərmərdən hazırlanan sinə daşını və güldanları oğurlamaqda şübhəli bilinən şəhər sakini Xətai Tağıyev saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, mərmər sexində işləyən şübhəli şəxs oğurladığı əşyaları başqa bir rayondan olan mərhumun ailə üzvlərinə satıb.

Maddi sübutlarla birlikdə istintaqa təhvil verilən X. Tağıyev törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Mehman Mehdiyev
Xəbəri paylaş