"Ermənistanla danışıqlarda iştirakını davam etdirmək üçün Azərbaycanın nümayəndələrinə təzyiq göstərmək üçün bütün imkanlarımızdan istifadə edəcəyik”.
Newscenter.az hraparak.am-a istinadən xəbər verir ki, belə bir antiAzərbaycan mövqe ilə Çexiya Parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova çıxış edib. Ermənistanın paytaxxtı Yerevanda erməni spiker Alen Simonyanla keçirdiyi birgə mətbuat konfransında Pekarova Azərbaycana səfər edəcəyini də deyib.
"“Bakıya səfərim zamanı mən mütləq bu sualları qaldıracağam ki, niyə onlar Ermənistan nümayəndələrinin hörmətlə qarşılayacağı həll yollarını tapmaq istəmirlər. Bizim etməli olduğumuz budur",-deyə Marketa Pekarova spyləyib.
Mehman Mehdiyev