"Rusiya və Ukrayna arasında savaş artıq uzunmüddətli müharibəyə çevrilir".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Zeynal Əmrəliyev səsləndirib. Onun sözlərinə görə, Rusiya arxayın idi ki, Qərb artıq Ukraynaya silah verilməsini nisbətən azaldıb və bu proses onun xeyrinədir:
"Ancaq Ukrayna var gücü ilə dirənməkdə davam edir. Kiyev qarşılıqlı şəkildə rus qoşunlarına şiddətli zərbələr endirməkdə davam edir. Açığını demək lazımdırsa, Rusiyada hazırda prezident seçkiləri olduğu üçün Rusiya qoşunları da strateji əməliyyatlara üstünlük vermir. Görünür Ukrayna da bundan istifadə edir".
Politoloq hesab edir ki, seçkidən sonra rusların şiddətli hücum əməliyyatı gözlənilir:
"İddialara görə əsas hədəf də Xarkov şəhəri olacaq. Əgər Qərb Ukraynanı strateji silahlarla təmin etməsə vəziyyət Rusiyanın xeyrinə dəyişəcək".
Zeynal Əmrəliyev deyib ki, cəbhədə hazırda qarşılıqlı toqquşmaların şahidi oluruq:
"Ancaq açıq deyək ki, Rusiyada martda keçirilən prezident seçkilərindən sonra Ukraynada vəziyyət çox pisləşəcək. Çünki rus ordusunun Ukraynada sürətli irəliləməsi haqqında planların hazırlandığı barədə xəbərlər var. Qərb müharibəni uzatmaqla Rusiyanın resurslarını tükətmək istəyir. Rusiya da təbii ki, bunu bildiyindən, maksimum şəkildə çalışacaq ki, bu savaşı tez bir zamanda öz xeyrinə bitirsin".
Süleyman