Türkiyədə neft və qazın idxalında artım baş verib.
Newscenter.az Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatına istinadən bildirir ki, təbii qaz idxalı keçən ilin noyabr ayında 2022-ci ilin eyni ayına görə 7,5 faiz artaraq 4 milyard 433 milyon kubmetrə çatıb. Neft və neft məhsullarının idxalı isə həmin dövrdə 4,7 faiz artaraq 4 milyon 155 min tona çatıb.
Təşkilatdan bildirilib ki, 2023-cü ilin noyabrında ən çox təbii qaz idxalı Rusiyadan olub. Bu ölkədən qaz idxalı 2 milyard 302 milyon 970 min kubmetr təşkil edib. Ondan sonrakı yeri isə 685 milyon 890 min kubmetrlə Azərbaycan və 682 milyon 580 min kubmetrlə İran tutub.
Mehman Mehdiyev