Türkiyədə elektrik enerjisi istehsalı artıb.
Newscenter.az Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumuna istinadən bildirir ki, ölkədə elektrik istehsalı keçən ilin noyabr ayında əvvəlki ilin eyni ayına görə 3,7 faiz artaraq 24 milyon 845 min 997 meqavatsaata çatıb.
Fakturalı elektrik istehlakının miqdarı isə eyni dövrdə 5,5 faiz artaraq 20 milyon 164 min 368 meqavatsaat təşkil edib.
İstehlakın 44,8 faizi sənaye, 24,5 faizi yaşayış məntəqələri, 25,1 faizi dövlət və özəl xidmətlər sektoru və digər abonentlərin payına düşüb. İşıqlandırmanın payı 2,6 faiz, kənd təsərrüfatının payı isə 2,8 faiz təşkil edib.
Natiq Orucov