Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Venesuela ABŞ tərəfindən sanksiyalar təhdidini rədd edir

Venesuela ABŞ tərəfindən sanksiyalar təhdidini rədd edir


Venesuela ABŞ tərəfindən şantajı, daxili işlərinə qarışmağı və ölkə iqtisadiyyatında sabitliyi pozmaq üçün sanksiyalar təhdidini rədd edir.

Newscenter.az xəbər verir ki, bu barədə Venesuela Xarici İşlər Nazirliyinin “X” səhifəsində yerləşdirilmiş bəyanatında deyilir.

Qeyd edilir ki, Bolivar Respublikası bütün Venesuela cəmiyyətinə ultimatum verən, məcburiyyət və təhdidlərə məhəl qoymadan dövlət çevrilişinə təhrik etmək məqsədi güdən ABŞ hökumətinin son şantaj, daxili işlərə müdaxilə cəhdlərini rədd edir.

XİN-in qeyd edib ki, “Venesuela şantaja boyun əyməyəcək, onun qurumları qanunlara və konstitusiyaya əməl etməyə davam edəcək”, ölkə “iqtisadi artım və sosial inkişaf kursunu davam etdirmək üçün bütün lazımi tədbirləri görəcək”.

Mehman Mehdiyev
Xəbəri paylaş