Yanvarın 31-də Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Müstəqil Dövlətlər Birliyi (MDB) müşahidə missiyası qərargahının rəhbəri Yevgeni Kozyak və qərargahın üzvü Andrey Adamuşkanı qəbul edib.
Newscenter.az-a hakim partiyadan bildirlib ki, örüş imkanının yaradılmasına görə təşəkkürünü bildirən Yevgeni Kozyak MDB müşahidə missiyasının tərkibi və fəaliyyəti haqqında məlumat verib. O, MDB-nin Azərbaycanda seçkilərlə əlaqədar geniş müşahidə təcrübəsinə malik olduğunu və 2024-cü il fevralın 7-də keçiriləcək prezident seçkilərinə böyük maraq göstərdiklərini söyləyib. Onun sözlərinə görə, seçkiqabağı vəziyyətlə bağlı paytaxtda və regionlarda aparılan ilkin müşahidələr seçkilərə hazırlığın yüksək səviyyədə olduğunu və bütün namizədlərə bərabər imkanların yaradıldığını göstərir.
YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycanın zəngin seçki təcrübəsinə malik olduğunu, qarşıdan gələn prezident seçkilərinin də ədalətli, şəffaf və demokratik keçirilməsi üçün zəruri şəraitin təmin edildiyini bildirib. Hazırda uğurla davam edən seçkiqabağı təşviqat kampaniyası haqqında məlumat verən Tahir Budaqov Azərbaycan vətəndaşlarının seçkilərə böyük maraq göstərdiklərini vurğulayıb.
YAP Sədrinin müavini indiyədək MDB müşahidə missiyalarının ölkəmizdəki fəaliyyətinin önəminə diqqət çəkərək budəfəki missiyaya da uğurlar arzu edib.
Süleyman