Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yevgeni Kozyak: Müşahidələr səsvermə gününə hazırlığın yüksək səviyyədə olduğunu göstərir

Yevgeni Kozyak: Müşahidələr səsvermə gününə hazırlığın yüksək səviyyədə olduğunu göstərir



“Bizim müşahidə missiyamız Azərbaycan Respublikasında yanvar ayının 17-dən etibarən işə başlayıb. Burada uzunmüddətli müşahidəçilərimiz çalışır. Uzunmüddətli müşahidə missiyası olaraq artıq Azərbaycanın 20-dən çox rayonunda səfərdə olmuşuq və seçki mühiti ilə bağlı yaxından müşahidə aparmışıq”.

Newscenter.az xəbər verir ki, bu fikirləri yap.org.az saytına açıqlamasında MDB müşahidə missiyası qərargahının rəhbəri Yevgeni Kozyak deyib.

Y.Kozyak bildirib ki, aparılan müşahidələr səsvermə gününə hazırlıq prosesinin yüksək səviyyədə olduğunu deməyə əsas verir: “Bu günə qədər apardığımız müşahidələrə əsasən 7 fevralda Azərbaycanda prezident seçkilərinin yüksək səviyyədə keçiriləcəyini deyə bilərik. Bizim 170-ə yaxın uzunmüddətli müşahidəçimiz fevralın 7-də bir çox regionlarda olacaq və seçki prosesini yaxından izləyəcəklər. Onu da vurğulamaq istərdim ki, bu, MDB müşahidə missiyasının Azərbaycana artıq 11-ci gəlişidir”.
Xəbəri paylaş