Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Azad Xocalı" adlı anım proqramı keçiriləcək

"Azad Xocalı" adlı anım proqramı keçiriləcək


26 fevral Xocalı soyqırımının 32-ci ildönümü ərəfəsində xarici ölkələrdə də müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Newscenter.az xəbər verir ki, Rusiya Federasiyası və onun subyektlərində həmin ərəfədə müxtəlif tədbirlər keçiriləcək. Belə tədbirlərdən biri Piter şəhərində baş tutacaq.

"Xan Qızı Natəvan" Dünya Azərbaycan Qadınlar İctimai Birliyinin sədri, Sankt-Peterburdakı Milli Mədəni Muxtariyyatın sədr müavini Könül Abbasova deyib ki, bu məqsədlə "Azad Xocalı" adlı anım proqramı təşkil ediləcək:

"“Sankt-Peterburqdakı Azərbaycan Dostluq və Əməkdaşlıq Cəmiyyəti və Leninqrad vilayətinin Azərbaycan milli-mədəni muxtariyyətinin təşkilatçılığı ilə fevralın 26-da baş tutacaq anım tədbirində ermənilərin 32 il əvvəl Xocalıda törətdikləri vəhşilik barədə iştiraçılara məlumat veriləcək, faciə qurbanlarının ruhuna dualar oxunacaq".

Könül Abbasova anım tədbirinin zoom proqramı üzərindən baş tutacağını və tədbirə qatılmaq üçün Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş Konsulu Sultan Qasımova da dəvət göndərildiyini deyib.


Anar Əliyev
Xəbəri paylaş