Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlham Əliyevin qələbəsini şərtləndirən başlıca amillər

İlham Əliyevin qələbəsini şərtləndirən başlıca amillər


"İlham Əliyev böyük fərqlə digər namizədlər üzərində gözləndiyi kimi qələbə qazandı. Bu qələbəni demək olar ki, bütün dünya analitikləri İlham Əliyevin simasında yekdilliklə qəbul etdilər. Bunun bir çox səbəbləri var".

Newscenter.az xəbər verir ki, bu fikirləri səsləndirən siyasi ekspert Çingiz Şahbazi deyib ki, ən başlıca səbəb isə Azərbaycanın bir nömrəli problemi kimi hesab olunan Qarabağın və digər rayon və kəndlərimizin işğaldan azad olunması və separatçı rejimin darmadağın edilməsi, separatçı və terrorçu erməni millətçilərinin torpaqlarımızdan birdəfəlik təmizlənməsidir:

"İşğalçılıq siyasəti yürüdən Ermənistan üzərində qazanılan qələbələrimiz isə məhz Ali Baş Komandan İlham Əliyevin yenidən prezident postuna layiq görülməsinə heç bir maneə qoymadı. Bu səbəbdən Azərbaycan xalqının seçimi İlham Əliyevin yenidən prezident postuna demək olar ki, alternativsiz və yüksək fərqlə nail olmağa imkan verdi".

Anar Əliyev
Xəbəri paylaş