Küveytdə hakimiyyət daxilində müəyyən problemlər yaşanıb.
Newscenter.az-ın xəbərinə görə, vəziyyətin getdikcə daha kəskin xarakter alması ölkə parlamentinin buraxılması ilə yadda qalıb. Məlumatda qeyd edilib ki, parlamentin buraxılması haqqında qərarı Küveyt əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah Məclisi buraxıb. Bununla bağlı Küveyt əmiri fərman da imzalayıb.
Fərman Konstitusiyanın 107-ci maddəsinə uyğun olaraq və Parlamentin konstitusiya prinsiplərini pozması, yuxarı orqanlara lazımi hörmət göstərməməsi və qəsdən təhqiredici və nəzarətsiz ifadələr işlətməsi səbəbindən verilib.
Anar Əliyev