Afrikada Fransa müstəmləkəsinə qarşı etirazlar getdikcə hüquqi müstəviyə keçir.
Newscenter.az xarici mediaya istinadən bildirir ki, Niger hərbi rejiminin başçısı general Əbdürrəhman Çiani Fransadan ölkənin təbii sərvətlərinin yüz ildən artıq müstəmləkə və neokolonial talanına görə təzminat tələb edib.
“Fransa müstəmləkə və neokolonial idarəçilik illərində yüz ildən artıqdır ki, bizim resurslarımızı nəzarətsiz şəkildə talan edib. O, bizə bunun əvəzini tam ödəyəcək, fransızların üzərimizə yığdıqları bütün borcların ödənilməsi üçün müfəssəl cədvəl tərtib edəcəyik və biz onlardan əbədi olaraq azad olacağıq. Biz öz suverenliyimizi tam bərpa etmək niyyətindəyik və bunun üçün Afrikanın yaxın tarixinə dair bütün arxiv məlumatlarını nəzərdən keçirib öyrənəcəyik”, -deyə dövlət başçısı bildirib.
Mehman Mehdiyev