Venesuela BMT-nin İnsan Haqları Bürosunun ölkədəki fəaliyyətini dayandırır.
Newscenter.az xarici mediaya istinadən bildirir ki, Venesuela hökuməti Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Müvəkkili Ofisinin "qərəzsiz" olmadığını əsas gətirərək, ölkədəki fəaliyyətini dayandırdığını açıqlayıb. BMT-nin 13 əməkdaşından 72 saat ərzində ölkəni tərk etmələri tələb olunur.
Venesuela xarici işlər naziri Yvan Gil mətbuat konfransında Birləşmiş Millətlər Təşkilatının (BMT) ölkədəki İnsan Haqları Ofisinin işinin dayandırıldığını və 13 BMT əməkdaşının 72 saat ərzində ölkəni tərk etməsini istədiklərini bildirib.
Anar Əliyev