Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ziyarətgahlarda qutulara nəzarət YAŞAT fonduna verilsin

Ziyarətgahlarda qutulara nəzarət YAŞAT fonduna verilsin


Bu günlərdə Həcc mövsümü üçün açıqlanan qiymətlər cəmiyyətdə heç də normal qarşılanmayıb. Əksəriyyət qiymətlərin həddən artıq çox olmasından şikayətlənib.

Newscenter.az-ın xəbərinə görə, Ədalət Verdiyev deyib ki, 10 min manata başa gələn Həcc ziyarəti yalnız imkanlı şəxslər üçün əlçatandır:

"Təklif edirəm ki, ölkəmizdə bu ziyarətə gedənlər xərcləyəcəkləri vəsaitlərin bir hissəsini yaxud, kim istəyərsə daha çoxunu YAŞAT fonduna köçürsünlər. Hacı aDina namizədlər xalqa nümunə göstərmək üçün fəaliyyətə başlasınlar".

Ədalət Verdiyev qeyd edib ki, tanınmış din xadimləri bu prosesə şəxsi nümunələri ilə dəstək versinlər:

"Ziyarətgahlarda qutulara nəzarət də YAŞAT fonduna verilsin.Vətəndaş da nəzir qutusuna atacağı vəsaiti fonda kocursun. Biz də bu prosesi Maddi və mənəvi cəhətdən dəstəkləyək. Mənim şəxsən ziyarətə getmək niyyətiM yoxdur, amma YAŞAT fondunun imkanlarını genişləndirmək hamımızın borcudur. YAŞAT fondunu qalıb xalqımızın, qalıb əsgərimizin yardım simvolu kimi dunyaya tanıdaq. Eyni daşlari pul ilə alıb eyni şeytana atanlar onsuz da çoxdur. Biz heç olmasa daşlara verdiyimiz vəsaiti şəhid övladlarının təhsilinə, əlillərin ehtiyaclarına xərcləyək. Bu Allaha da xoş gedər, bəndəyə də".

Anar Əliyev
Xəbəri paylaş