Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu il məktəblərin 80 faizi yüksəksürətli internetə qoşulacaq

Bu il məktəblərin 80 faizi yüksəksürətli internetə qoşulacaq


Qazaxıstanda orta məktəblərin yüksəksürətli internetə qoşulması prosesi sürtələnir.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu il ərzində ölkə ərazisində mövcud olan məktəblərin 80 faizi yüksəksürətli internetə qoşulacaq. Hazırda bu göstəricinin 65 faiz səviyyəsində olduğu bildirilir.

Bu məqsədlə ölkəyə “Starlink” avadanlığının gətirilməsinə başlanılıb. Artıq onun ilk partiyası respublikanın məktəblərinə çatdırılıb. Artıq Türküstan və Akmola vilayətlərindəki məktəblər Starlink quraşdırılması üçün tam hazır vəziyyətdədir. Növbəti partiya 10 gündən sonra qalan rayonlara çatdırılacaq.

20 gün ərzində ümumilikdə 2000 dəst gələcək və 2000 ucqar kənd məktəbini yüksəksürətli internetlə təmin edəcək.

Mehman Mehdiyev
Xəbəri paylaş